RUSIYA
NATO
IRAN
ÇIN
ISLAM DÖVLƏTİ
EKOLOGİYA
NATO
ABŞ-da prezidentliyə namizədlər Hillary Clinton və Donald Trump-ın xarici siyasətdə altı əsas problemə ziddiyyətli baxışları.
SEÇKİ 2016
ƏSAS NAMİZƏDLƏRİN XARİCİ SİYASƏT ZİDDİYYƏTLƏRİ
RUSSIA
CHINA
CLIMATE
“Putin geosiyasəti sıfır cəmli oyun hesab edir - udan varsa, uduzan da olmalıdır. ...ABŞ öz gücünü və səbrini göstərməlidir. Mümkün olanda Rusiya ilə işləməli, lazım olanda onun neqativ davranışının qabağını almaq və ya məhdudlaşdırmaq üçün digər ölkələri ayağa qaldırmalıyıq. Bu, çətin, ancaq mühüm tarazlıqdır.”
____________________________________________
- Rusiya rəqib , Putin isə “dalaşqan”dır. Davamlı şəkildə buna qarşı çıxmaq lazımdır, çünki Putin nə qədər götürə bilirsə, götürəcək.
- Putini yaxşı tanıyram, əvvəllər onunla “addım-addım”, birlikdə getmişəm.
- Avropaya Rusiya qazından və neftindən asılılıqdan qurtarmağa yardıma söz verirəm.
- Putin Trumpın qələbəsini istəyir. Kreml ABŞ seçkilərinə müdaxilə üçün haker hücumuna göstəıriş verib.
___________________________________________
“Mən Putinlə sərt davranardım, ancaq onların indi etdiyindən fərqli olaraq daha çox Rusiyanı dost ölkə kimi görmək istərdim ki, birlikdə gedib İslam Dövləti Təşkilatını yıxa bilək.”
____________________________________________
- Rusiyanın Krımı ilhaqını tanımağı və bununla bağlı sanskiyaları qaldırmağı nəzərdən keçirə bilərəm.
- Clintona baxanda o, Putinlə daha yaxşı danışardım.
- Ehtimal ki, Clinton dövlət katibi olanda onun e-mailləri Rusiyada artıq var idi və bu e-maillər ictimaiyyətə açılacaq.
- Demokratik Milli Komitənin komputerlərini Rusiyanın yardığına şübhə edirəm.
- Rusiya ilə ümumi təhlükələr və maraqlar var, o cümlədən terrorizmlə mübarizə və miqrasiyaya nəzarət.
___________________________________________
“Bir düşünün, Şərqi Avropa ölkələri NATO-nun üzvü olmasaydı, Ukrayna böhranı nə qədər ciddi və çətin olardı. NATO-nun qapısı açıq olmalıdır.”
____________________________________________
- NATO “Amerikanın indiyə qədər etdiyi ən yaxşı investisiyalardan biridir.
- Avropa müttəfiqləri ilə çiyin-çiyinə dayanıb, Rusiyanın Avropada və kənarda təcavüzünə qarşı çıxacağıq.
- Amerika liderlik etməsə, boşluq yaranar – bu da xaosa, ya da ölkələrin tələsik bu boşluğu doldurmasına səbəb olacaq.
- Avropada, Yaxın Şərqdə, Asiyada yeni tərəfdaşlıqlar quracaq.
____________________________________________
“Təhlükəsizlik məsələlərində tərəfdaşların çoxu öz öhtəliklərini icra etmirlər. Bu natarazlığın müzakirəsi və yeni strategiylar üçün NATO-nun, həmçinin Asiya tərəfdaşlarımızın sammitini çağıracam”
____________________________________________
- NATO “köhnəlmiş” qurumdur.
- NATO-dakı tərəfdaşlar ABŞ qarşısında öhdəliklərini yerinə yetirdikləri halda, onları Rusiyanın təcavüzündən qorumalıyıq.
- ABŞ-ın tərəfdaşları hərbi xərcləri artırmasalar, ABŞ-ın onlara dəstəyini azaldacağıq.
- İslamçı terrorizmlə və miqrant böhranı ilə mübarizə üçün NATO-nun “vaxtı keçmiş missiyasını və quruluşunu” yeniləyəcəm.
___________________________________________
“ABŞ heç vaxt imkan verməyəcək ki, İranın nüvə silahı olsun. Mən prezident kimi ABŞ-ı və müttəfqilərimizi qorumaq üçün bütün addımları atacam. İran nüvə silahına yiyələnməyə cəhd etsə, hərbi əməliyyata başlamağa tərəddüd etməyəcəyəm.”
____________________________________________
- 2015-ci il razılaşmasını dəstələyirəm. (Bu razılaşma İranın nüvə proqramının məhdudlaşdırılmasını, əvəzinə beynəlxalq sanskiyaların azaldılmasını nəzərdə tutur.)
- Razılaşma əzmlə həyata keçiriləcək ki, İran heç vaxt nüvə silahı aldə edə bilməsin.
- İranın regionda “pis davranışına” qarşı durmaq üçün regionda geniş koalisiya yaradacam.
- “İnanma, ancaq yoxla” siyasətinə əməl edəcəm. ( Keçmiş prezident Ronald Reaganın SSRİ ilə münasibətdə işlətdiyi “inan, ancaq yoxla” ifadəsinə işarə edir.)
___________________________________________
“İrana nüvə silahına malik olmaq imkanı verilməməlidir. Biz heç vaxt buna yol verməyəcəyik. Digər ən pis razılşamalarda olduğu kimi İran razılaşması da məhz danışıqlar masasını tərk etmək istəyimizin olmamasının nəticəsidir.”
____________________________________________
- Cüzi güzəştlər hesabına Tehran ”dağıdıcı” razılaşma ilə çox şey əldə edir.
- Nüvə razılaşmasını yenidən danışıqlar masasına gətirmək lazımdır.
- İranı danışıqlara məcbur etmək üçün ikiqat, üçqat sanksiyalar tətbiq edilə bilər.
- Əgər İranın gözətçi gəmiləri Fars körfəzində ABŞ qəmilərinə qarşı “məqbul olmayan” hərəkət etsələr, onlar vurulmalıdır.
____________________________________________
“Çinlə münasibətlər “bizim ən mürəkkəb münasibətlərdən biridir”. “Azad gəmiçilik, Asiyanın dəniz hüdudlarına çıxış, Cənubi Çin dənizində beynəlxalq qanunlara hörmət hər bir ölkə kimi ABŞ-ın da milli marağındadır.... Çinlə daha yaxşı şərtlərə nail olmaq üçün biz öz dəyərlərimizi və ya ənənəvi müttəfiqlərimizi qurban verə bilmərik.”
____________________________________________
- Çinin hərbi ekspanisyasının qarşısını almaq üçün Asiyada ABŞ-ın “həlledici” strategiyasını quracağıq.
- Ərazi və dəniz mübahisələrində aqressiyalarına görə Çindən cavab tələb ediləcək.
- İqlim dəyişikliyi və Şimali Koreyanın ram edilməsi məsələrində Çinlə qarşılıqlı etimad və əməkdaşlıq inkişaf etdiriləcək.
- İnsan haqları, ticarət və kiberhücumlara görə məsuliyyət məsələlərində Pekinə təzyiqlər olunacaq.
___________________________________________
“Koalisiyanın daha səmərəli hava hücumlarının, daha geniş hədəflərin vaxtıdır. Hava zərbələri quru qüvvələri ilə əlaqələndirilməlidir (ancaq ABŞ quru qoşunları yox). Yerli əhali və ölkələr öz icmalarının təhlükəsizliyini təmin etməlidir. Biz onlara kömək edə bilərik və etməliyik, ancaq onların yerinə bunu edə bilmərik”
___________________________________________
- ABŞ qoşunlarını “yanlış quru müharibəsi” bataqlığına batırmadan İslam Dövləti ilə mübarizə və onu məğlub etmək lazımdır.
-Rusiya və İran Suriya probleminin tərkib hissəsidir, onlar Suriya rejiminin opponentlərinə hücum edir, İslam Dövləti Təşkilatına qarşı isə az iş görürlər.
- İraqın hərbi və idarəçilik potensialının qurulmasını müdafiə edəcəyik.
- Əfqanıstanda demokratiya və təhlükəsizliyə yardımı davam etdirəcəyik.
- Liviya və Yəməndə sabitliyin bərpasına köməyi dəstəkləyəcəyik.
___________________________________________
“Regionda radikal islamla mübarizə edən hər kəslə birgə işləməliyik. yaddan çıxarmamalıdırlar. Radikal islamla mübarizə bizim ölkənin daxilində də gedir. Bizim sərhədlər daxilində terrorizmdə günahkar bilinən miqrantlar var.”
____________________________________________
- Radikal islamın təhlükə törətdiyi ölkələrlə birlikdə İslam Dövlətini qrupunu məğlub etmək. Amma bu qrupla mübarizənin detalları açıqlana bilməz.
- Rusiya, İran İslam Dövləti Təşkilatı ilə vuruşur və onlar Suriya probleminin həllinin tərkib hissələridir.
- ABŞ qüvvələri Yaxın Şərqdə dolaşıb qalmaqdan yayınmalıdırlar.
-Əfqanıstanda ABŞ qüvvələri qalmalı, İraqdakı qoşunlar orada saxlanmalı, Liviyada İslam Dövləti qrupu bombalanmalıdır.
- Miqrantlara nəzarət gücləndirilməli, o cümlədən müvəqqəti olaraq “müsəlmanların ABŞ-a girişi tamamilə bağlanmalıdır.
- Terrorizmdə şübhəli bilinənlərin başını suya soxmaqla ifadə alınması mümkündür (bu, ABŞ-da qadağandır).
____________________________________________
“Mən heç kimə imkan verməyəcəyəm ki, iqtisadiyyatımızı ekoloji təmiz enerjinin üstünlüklərindən məhrum etsin və ya uşaqlarlımızı nəzarət edilməyən iqlim dəyişikliyi fəlakətinə sürükləsin.”
____________________________________________
- İqlim dəyişikliyi mənəvi və iqtisadi məsələ, milli təhlükəsizliyə sınaqdır.
- Daxili inkişaf və intensiv qlobal əməkdaşlıqla dünyanın təmiz, bərpa olunan enerjiyə doğru dəyişməsinə başçılıq etmək lazımdır.
- Bərpa olunan enerji, havanın çirklənməsi üzrə federal proqram təsis olunmalıdır.
- 2020-ci ilə yarım milyarddan çox günəş batareyası qurulmalıdır.
- 2026-cı ilə ABŞ-da hər bir evi elektrik enerjisi ilə təmin edə biləcək qədər bərpaolunan enerji istehsal olunmalıdır.
____________________________________________
“Qlobal istiləşmə konsepsiyasını çinlilər yaradıblar ki, ABŞ istehsalının rəqabət qabiliyyətini endirsinlər. ABŞ bu yoldan dönməli, enerji tənzimləmələrindən yaxa qurtarmalıdır.“
____________________________________________
- İqlim dəyişikliyi ilə mübarizədə Obama hökuməti atdığı addımlardan geri çəkilməlidir.
- ABŞ iqlim dəyişliyi ilə bağlı 2015-ci il Paris konfransının razılaşmasından çıxmalıdır.
- ABŞ-da ətraf mühit tənzimləmələri azaldılmalıdır.
- Daş kömür sənayesində iş yerlərini qorunmalıdır.
- ABŞ-ın enerji müstəqilliyini artırmaq üçün neft emalı zavodlarını genişləndirmək, Keystone kəmər layihəsini canlandırmaq lazımdır.
________________________________________
SEÇKİ 2016
ƏSAS NAMİZƏDLƏRİN XARİCİ SİYASƏT ZİDDİYYƏTLƏRİ
ABŞ-da prezidentliyə namizədlər Hillary Clinton və Donald Trump-ın
xarici siyasətdə altı əsas problemə ziddiyyətli baxışları.
“Çinlə münasibtlərimizi möhkəmləndirmək çiçəklənən əsrə doğru mühüm addımdır. Çin gücə hörmət edir, iqtisadi imkanlardan onların yararlanmasına imkan verməklə, bizə olan bütün hörmətini itirmişik. Çinlə ticarətdə nəhəng kəsirimiz var, tezliklə bunu tarazlamalıyıq. Güclü və ağıllı Amerika Çinin timsalında dost tapacaq Amerikadır.”
___________________________________________
- Çin xüsusilə iqtisadi siyasətdə ABŞ-ın əsas rəqibidir.
- Ticarət kəsirini tarazlmaqla Çinlə münasibətləri möhkəmlədəcəyik. Çindən gələn mallara 45 faizlik tarif tətbiq ediləcək.
- Çinin kibercasusluğuna qarşı tədbir görəcəyik.
- Pekini Ümumdünya Ticarət Təşkilatının və digər ticarət qaydalarına riayət etməyə vadar etmək lazımdır.
- Şimali Koreyanın nüvə proqramını cilovlamaq üçün Çinin imkanlarından istifadə olunacaq.
___________________________________________